ONN İnformasiya Agentliyi

Azərbaycanda yüksək vəzifəli şəxslər İŞDƏN AZAD EDİLDİ

Azərbaycanda yüksək vəzifəli şəxslər İŞDƏN AZAD EDİLDİ
10 Avqust 2020 - 20:26

Mədəniyyət Nazirliyində vəzifəli şəxslər işdən çıxarılıb.

Mədəniyyət Nazirliyinin Texniki təchizat və əmlakın idarə edilməsi şöbəsinin müdiri Abduləlimov Ruslan Ələsgər oğlu və Kinematoqrafiya şöbəsinin müdiri Məmmədov Cahangir Tokay oğlu yaş həddi ilə əlaqədar vəzifədən azad ediliblər.

ONN media xəbər verir ki, bu haqda   Mədəniyyət Nazirliyi məlumat yayıb.

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Anar Kərimov bu barədə əmr imzalayıb.

Həmçinin A. Kərimovun digər əmri ilə Mədəniyyət nazirinin müşaviri İsmiyev Aydın Cuməli oğlu öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png