ONN İnformasiya Agentliyi

Azərbaycandan bu ölkəyə səfərlər 65% azalıb

Azərbaycandan bu ölkəyə səfərlər 65% azalıb
11 Avqust 2020 - 10:20

Bu ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycandan 275 630 nəfər ziyarətçi qəbul edib.

ONN media xəbər verir ki, bu barədə ölkənin Milli Turizm Administrasiyasının hesabatında bildirilib.

İllik müqayisədə Azərbaycandan qonşu ölkəyə səfər edənlərin sayı 522 586 nəfər, yaxud 65,5% azalıb.

Hesabat dövründə  Gürcüstana, ümumilikdə, 1 495 743 nəfər beynəlxalq ziyarətçi səfər edib ki, bu da ötən ilin eyni göstəricisindən 69,9% azdır.

Yanvar-iyulda Gürcüstana Türkiyədən 244 286, Ermənistandan 215 212, Rusiyadan isə 187 326 nəfər səfər edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png