Azərbaycanlının nikahı saxta olduğu üçün ləğv edildi

Rusiyanın Orenburq vilayəti Sakmarski rayonunda azərbaycanlının məhkəməsi olub.

ONN media oxu.az -a istinadən bildirir ki, məhkəmə prosesində Rusiya vətəndaşı ilə evlənən azərbaycanlının, əslində ailə qurmaq məqsədi olmadığı bildirilib.

Saxta nikah bağlayan azərbaycanlının məqsədi yaşayış icazəsi və Rusiya vətəndaşlığı almaq olub.

Məhkəmə etibarsız saydığı nikahı ləğv edib.