ONN İnformasiya Agentliyi

“Azəriqaz” mübarizə tədbirlərinə başladı

“Azəriqaz” mübarizə tədbirlərinə başladı
08 Noyabr 2018 - 11:27

"Azəriqaz" İstehsalat Birliyi dəm qazından boğulma hallarının qarşısını almaq üçün abonentlər arasında maarifləndirmə işlərinə başlayıb.

ONN media xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib.

Onun sözlərinə görə, qurum əməkdaşları yeni qazlaşdırılan yaşayış məntəqələrində abonentlərlə yeni müqavilə bağlayarkən onlara həmçinin maarifləndirici bukletlər paylayır: "Həmçinin "Azəriqaz" digər qurumlarla birgə də tədbirlər keçirir, əhalinin sıx olduğu yerlərdə, meydanlarda xüsusi maarifləndirici proqramların asılmasına, elanların yazılmasına başlanılıb. Dəm qazından istifadə qaydalarına riayət etməmək bu cür bədbəxt hadisələrə səbəb olur".

Birlik rəsmisi vurğulayıb ki, təbii qazla işlədilən su qızdırıcısı quraşdırılan zaman vanna otaqlarının həcmi standartlara cavab verməlidir: "Vanna otağının həcmi 7,5 kubmetrdən, hündürlüyü 2 metr 20 santimetrdən az olmamalıdır, qapı çölə açılmalı və qapının aşağı hissəsində xüsusi formalı nəfəsliklər olmalıdır. Ən əsası isə vanna otağının tüstü bacası ildə iki dəfə təmizlənməlidir".

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png