ONN İnformasiya Agentliyi

AZAL-ın pilotu uçuş zamanı bir neçə dəfə kabinanı tərk etdi – qorxuya düşən sərnişinlərin çəkdiyi VİDEO

AZAL-ın pilotu uçuş zamanı bir neçə dəfə kabinanı tərk etdi – qorxuya düşən sərnişinlərin çəkdiyi VİDEO
11 Yanvar 2020 - 15:37

Azal aviaşirkətinin rəsmiləri Bakıdan Moskvaya uçuş zamanı idarəetmə kabinasını bir neçə dəfə tərk edən pilotla bağlı araşdırma aparacağını bildiriblər.

ONN media xəbər verir ki, Bakıdan Moskvaya uçuş edən və AZAL aviaşirkətinə məxsus olan Airbus A320 təyyarəsinin komandiri bir neçə dəfə kabinadan çıxaraq, təyyarədə olan tanışı ilə söhbət edib. Bu isə özlüyündə sərnişinlərin qorxu və həyəcanına səbəb olub. Hadisəni telefonla görüntüyə alan sərnişinlər sosial şəbəkədə paylaşım ediblər.

Sərnişinlər pilotun (əldə olunan məlumata görə adı Tahir Zərbəliyevdir) bu davranışına etiraz edərkən, o, heç bir təhlükənin olmadığını deyərək, ailə dostu ilə danışmaq istədiyini bildirib.

Lakin sərnişinlər laynerin mütəmadi hava burulğanına düşməsindən narahat olublar.

AZAL aviaşirkətinin rəsmiləri sərnişinlərin şikayəti və sosial şəbəkələrdə yayılan qalmaqallı video görüntülərdən sonra hadisə ilə bağlı araşdırma aparacağını bildiriblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png