ONN İnformasiya Agentliyi

Bakı metrosunda nasazlıq: Qatar bu stansiyada dayanmadı

Bakı metrosunda nasazlıq: Qatar bu stansiyada dayanmadı
02 Yanvar 2020 - 20:28
Bakı metrosunda qatarda nasazlıq olub.

ONN media Oxu.Az-a istinadən xəbər verir ki, “Bakı Metropoliteni”ni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, hadisə bu gün 18:40 radələrində yaşıl xətt üzrə hərəkət edən qatarda baş verib:

“Metropolitenin “Yaşıl xətt” üzrə “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatarlarından birində texniki nasazlıq olub. Qatar metronun “Elmlər Akademiyası” stansiyasında saxlamayıb. Həmin qatar “İnşaatçılar” stansiyasında saxlanılıb, sərnişinlər boşaldılıb və qatar depoya göndərilib. Onun yerinə xəttə yeni qatar buraxılıb”.

Bəxtiyar Məmmədov qeyd edib ki, hazırda qatarların qrafik üzrə hərəkəti tam təmin olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png