ONN İnformasiya Agentliyi

Bakı metrosundan istifadə edənlərə XƏBƏRDARLIQ

Bakı metrosundan istifadə edənlərə XƏBƏRDARLIQ
12 Dekabr 2019 - 18:39
UEFA Avropa Liqasının qrup mərhələsində bu gün Bakıda keçiriləcək “Qarabağ”-“Düdelanj” komandalarının oyunu ilə əlaqədar Bakı metrosu gücləndirilmiş iş rejimində çalışacaq.

ONN media bildirir ki, bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov  açıqlamasında bildirib.

Onun sözlərinə görə, oyunla bağlı bu gün metronun iş qrafikində də dəyişiklik ediləcək: “Oyunla bağlı metropolitendə tədbirlər planı hazırlanıb. “Bakı Metropoiliteni” QSC-nin İdarə Heyətinin sədri Zaur Hüseynov bununla bağlı əmr imzalayıb.

Tədbirlər planına əsasən, bu gün metronun “Gənclik” stansiyası gecə saat 00:30-a qədər fəaliyyət göstərəcək. Yəni Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyundan sonra stadiona gəlmiş azarkeşləri sona qədər təhlükəsiz daşımaq üçün “Gənclik” metostansiyası gecə saat 00:30-a qədər sərnişin qəbul edəcək.

Bundan başqa, sərnişin sıxlığının yaranmaması üçün stansiya gücləndirilmiş rejimdə çalışacaq. Stansiyaya əlavə işçi qüvvələri artıq cəlb edilib, ehtiyat qatarlar hazır vəziyyətə gətirilib.

Ehtiyac yaranarsa, əlavə qatarlar xəttə buraxılacaq və qatarların hərəkət qrafikində dəyişiklik ediləcək”.

Qeyd edək ki, Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” (Azərbaycan) – “Düdelanj” (Lüksemburq) oyunu saat 21:55-də başlayacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png