ONN İnformasiya Agentliyi

Bakı-Sumqayıt qatarından istifadə edənlərin NƏZƏRİNƏ

Bakı-Sumqayıt qatarından istifadə edənlərin NƏZƏRİNƏ
27 Sentyabr 2022 - 19:39

Sentyabrın 28-dən hərəkət qrafikinin optimallaşdırılması və pik saatlarda qatarlarda olan sərnişin sıxlığını tənzimləmək məqsədilə Sumqayıt-Pirşağı-Bakı marşrutu üzrə reyslərin sayı artırılacaq.

ONN media xəbər verir ki, bu barədə məlumatı “Azərbaycan Dəmir Yolları” QSC yayıb.

Qeyd olunub ki, Sumqayıtdan saat 07:25-də çıxan qatar yeni qrafiklə saat 07:15-də hərəkət edəcək və əlavə olunmuş qatar isə saat 07:30-da Sumqayıt stansiyasından yola düşəcək.

Bundan başqa, Sumqayıtdan saat 07:45-də yola düşən Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə hərəkət edən reys ləğv edilir. Digər qatarların hərəkət cədvəlləri isə dəyişdirilmədən saxlanılır.

Qeyd edək ki, dəyişiklik edilən reyslərinin nömrələri cədvəldə sarı rənglə işarələnib

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png