ONN İnformasiya Agentliyi

Bakıda 180 km sürətlə avtomobil sürən xanım SAXLANILDI

Bakıda 180 km sürətlə avtomobil sürən xanım SAXLANILDI
07 İyul 2020 - 20:30

Sosial şəbəkələrdə 90 PB 038 dövlət nömrə nişanlı, “KİA Optima” markalı avtomobili 60 km/saat nəzərdə tutulmuş yolda 120-180 km/saat sürətlə hərəkət edərək video çəkib, daha sonra onu yayan şəxsin kimliyi məlum olub.

ONN media  xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov süjetlə bağlı ətraflı araşdırılma aparıldığını deyib.

O bildirib ki, inzibati xəta tərkibi yarandığı öz təsdiqini tapıb:

“Pəri Kərimli kimi tanınan Pərvanə Qafarlı saxlanılıb. Onunla söhbət zamanı törətdiyi inzibati xətanı etiraf edib. Onun barəsində müvafiq olaraq tədbir görülüb”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png