ONN İnformasiya Agentliyi

Bakıda daha 2 marşrut xətti fəaliyyətə başladı

Bakıda daha 2 marşrut xətti fəaliyyətə başladı
21 İyul 2018 - 15:15

Yeni təşkil edilən 7A (Bakı Beynəlxalq Avtovağzal Kompleksi – “Əhmədli” metrostansiyası) və 7B (Yeni Yasamal qəsəbəsi M.Xiyabani küçəsi – “Əhmədli” metrostansiyası) nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar fəaliyyətə başlayıb.

BNA-dan ONN media-ya verilən məlumata görə, bu gündən fəaliyyətə başlayan 7A və 7B xətləri üzrə sərnişindaşıma Bakı Bus MMC-yə məxsus müasir və komfortlu avtobuslar vasitəsi ilə həyata keçirilir.

Marşrut xətləri üzrə gediş haqqının ödənişi nağdsız qaydada BakıKart vasitəsi ilə olduğundan 8 dayanacaq məntəqəsində ödəmə terminalları qoyulub. Bununla yanaşı, 15 yeni dayanacaq məntəqəsi də təşkil edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png