ONN İnformasiya Agentliyi

Bakıda evi olmayanlara şad xəbər – VİDEO

Bakıda evi olmayanlara şad xəbər – VİDEO
19 İyul 2019 - 11:41
Bakıda daha 3 minə yaxın sosial mənzilin tikinti işləri yekunlaşmaq üzrədir.
 
ONN media Xəzər TV-yə istinadən xəbər verir ki, 2017 ci ilin dekabr ayının 24-də təməli qoyulan yaşayış kompleksində artıq təmir işlərinə başlanılıb.
 
Yaşayış kompleksində ölkəmzidə şəhərsalma təcrübəsində ilk dəfə olaraq böyük geniş həyətlərlə yanaşı, Avropa şəhərlərində geniş tətbiq olunan kiçik daxili həyətlərin salınması planlaşdırılır.
 
Yaşayış kompleksindəki 2962 mənzilin 280-ı birotaqlı, 1401-i ikiotaqlı, 980-ı 3 otaqlı, 301-i isə 4 otaqlı olacaq.
 
Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə təchiz olunmuş şəkildə vətəndaşlara təklif olunacaq. Bununla yanaşı yaşayış kompleksdə sosial infrastruktur obyektlərinin də tikintisi təmin eidləcək.
 
Qeyd edək ki, mənzillərin yekun qiyməti tikinti işi tam başa çatdıqdan sonra satışdan öncə elan ediləcək.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png