Bakıda iki binanın sakinləri köçürüldü — SÖKÜLƏCƏK

Gələn həftə Bakıda iki binanın sökülməsinə başlanılacaq.

ONN media xəbər verir ki, bunlar Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, 150 və Səbail rayonu, 20-ci sahə, A.İsmayılov küçəsi, 51 ünvanlarında yerləşən binalardır.

Həmin binadan artıq sakinlər köçürülüb.

Sökülməsi planlaşdırılan digər 15 binadan da sakinlərin köçürülməsi üzrə işlər gedir.

Qeyd edək ki, Bakıda 17 binanın sökülməsi barədə qərar verilmişdi.