ONN İnformasiya Agentliyi

Bakıda yeni nəqliyyat dəhlizləri yaradıldı

Bakıda yeni nəqliyyat dəhlizləri yaradıldı
13 Yanvar 2021 - 21:29

Yusif Səfərov layihəsi çərçivəsində sözügedən küçənin Mehdi Mehdizadə və Sabit Orucov küçələri ilə kəsişməsində quraşdırılan işıqfor obyektləri test rejimində işə salınaraq təhlillər aparılır.

Bu barədə ONN media -a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumatda layihə çərçivəsində görülən işlər qeyd olunub. Mehdi Mehdizadə küçəsindən 28 May küçəsinə, Nizami küçəsindən Sabit Orucov küçəsinə birbaşa keçid imkanı yaradılıb. Nəticədə nəqliyyat vasitələrinin yürüş məsafəsi 1.5 km qısalıb.

Yusif Səfərov küçəsindən keçməklə Ağ Şəhərdən Mərkəzi Parka yeni nəqliyyat dəhlizləri yaradılıb. Yeni yaradılan nəqliyyat dəhlizləri sayəsində Üzeyir Hacıbəyov, Afiyəddin Cəlilov, Yusif Səfərov küçələri, Neftçilər prospekti istiqamətində nəqliyyat yükü q️ismən azalacaq.

BNA sürücülərdən xahiş edir ki, gedəcəkləri istiqaməti əvvəlcədən müəyyənləşdirərək yol ayrıclarına yaxınlaşan zaman zolaqlar üzrə hərəkət qaydalarına və yol nişanlarının tələblərinə riayət etsinlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png