Bakının bu ərazisində söküntü başladı

Nəsimi rayonunun “Papanin” kimi tanınan ərazisində söküntü işlərinə başlanılıb.

ONN media xəbər verir ki, söküntü işləri əsasən həyət evlərinə aiddir.

Həyət evlərinin söküntüsü başa çatdıqdan sonra ərazidə hündürmərtəbəli binalar inşa ediləcək. Artıq əksər sakinlər tikinti şirkəti ilə razılığa gələrək müqavilə bağlayıblar.

Sakinlər iki il müddətinə kirayə haqqı və sökülən evlərinin yerində inşa olunacaq hündürmərtəbəli binadan mənzillərlə təmin olunacaqlar.