Bakının bu ərazilərində su olmayacaq

Sabah paytaxtın Saray, Pirşağı, Kürdəxanı, Novxanı və Goradil qəsəbələrinin bir hissəsinə və bəzi bağ massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dən ONNmedia-ya verilən məlumata görə, buna səbəb Ceyranbatan-Maştağa magistral su kəmərinin Saray qəsəbəsindən keçən hissəsində yenidənqurma işlərinin aparılmasıdır.