ONN İnformasiya Agentliyi

Bakının bu rayonunda qaz olmayacaq

Bakının bu rayonunda qaz olmayacaq
09 Yanvar 2024 - 9:57

Bu gün Bakının Binəqədi rayonunun bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilələr yaranacaq.

ONN media xəbər verir ki, bu barədə Azəriqaz İstehsalat Birliyi məlumat yayıb.

“Daş Butka” QTM-dən qidalanan orta təzyiqli istismara yararsız yeraltı qaz xəttinin bir hissəsinin əvəzlənməsi, eləcə də yeni çəkilmiş yeraltı qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi məqsədilə “Sərdarov zavodu” orta təzyiqli qaz xəttindən 09.01.2024-cü il saat 09:30-dan qaz təchizatının dayandırılması planlaşdırılıb.

Bildirilib ki, təmir-quraşdırma işləri aparılan müddətdə Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin, Biləcəri qəsəbəsində Ordubadi küçəsinin, I, II, III Mədən, Baksol yolu və Binəqədi şosesi adlanan yaşayış ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png