ONN İnformasiya Agentliyi

Bakının yolları xüsusi kimyəvi maddələrlə yuyulur

Bakının yolları xüsusi kimyəvi maddələrlə yuyulur
07 İyun 2020 - 10:28

Bu gün səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılır.

Paytaxtın kommunal strukturlarından verilən məlumata görə, dezinfeksiya işləri COVİD-19 virusuna qarşı aparılan növbəti profilaktik tədbirdir.

Qeyd edək ki, Baş Nazir Əli Əsədovun qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkərən şəhərləri və Abşeron rayonunda xüsusi karantin rejimi sərtləşdirilib, vətəndaşların küçəyə çıxması qadağan olunub. Qərara əsasən, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək fəaliyyətinə icazə verilən məhdud sayda qurum və xidmətlər fəaliyyət göstərəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png