ONN İnformasiya Agentliyi

BNA: Sərnişindaşıma tam dayandırılır, iyunun 5-də isə…

BNA: Sərnişindaşıma tam dayandırılır, iyunun 5-də isə…
04 İyun 2020 - 21:12

Bakı Nəqliyyat Agentliyi sərt karantin rejimi müddətində əməkdaşlarının daşınması üçün nəqliyyat xidmətlərinə ehtiyacı olan müəssisə və təşkilatlara müvafiq dəstək göstərilməsinə hazırdır.

Bu barədə ONN media  Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

“Lakin daşımaları daxili imkanlar hesabına tənzimləyə bilməyən müəssisə və təşkilatlar ciddi zərurət olduğu halda Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etməlidir. Yalnız Operativ Qərargahın müvafiq tapşırığı əsasında nəqliyyat xidmətlərinin göstərilməsi təmin olunacaq”, – məlumatda deyilir.

Eyni zamanda bildirilir ki, nəqliyyat xidmətləri ilə bağlı müraciətlər əvvəlcədən planlı qaydada olmalıdır: “Bu nəqliyyat vasitələrinin, sürücü və digər texniki heyətin hazırlanması baxımından vacibdir.

Həmçinin qeyd edirik ki, sərt karantin rejimi tətbiq olunması ilə əlaqədar 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı şəhərində müntəzəm və ekspres xətlər üzrə sərnişindaşımaları tam dayandırılacaq.

İyunun 5-də isə müntəzəm və ekspres xətlər üzrə avtobuslar adi rejimdə olduğu kimi fəaliyyət göstərəcək”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png