Bu ərazidə işıq olmayacaq – Xəbərdarlıq

Bu gün saat 13.30-dan 15.30-dək 110/10 kVt-luq Əliağa Vahid yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Bu barədə ONN media-ya Azərişıq ASC-dən məlumat verilib

Yaranmış narahatçılığa görə, Azərişıq ASC istehlakçılarından üzr istəyir.