ONN İnformasiya Agentliyi

Bu ərazilərdə yol nişanları və piyada zolaqları yenilənir

Bu ərazilərdə yol nişanları və piyada zolaqları yenilənir
14 Sentyabr 2019 - 22:32

Qusar, Siyəzən və Şabran Rayon Polis Şöbələrinin Dövlət Yol Polisi Bölmələrinin və BDYPİ-nin “Siqnal” idarəsinin əməkdaşları tərəfindən yeni dərs ilinin başlanması ilə əlaqədar rayon ərazisində hərəkətin sıx olduğu küçə və prospektlərdə, eləcə də təhsil ocaqlarının yerləşdiyi ərazilərdə bir sıra təhlükəsizlik tədbirləri görülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan ONN media -ya verilən məlumata görə, Azyaşlıların iştirakı ilə baş verə biləcək xoşagəlməz hadisələrinin qarşısının alınması istiqamətindən görülən tədbirlər zamanı yollarda quraşdırılmış köhnə və yararsız vəziyyətdə olan yol nişanları yeniləri ilə əvəz olunub, rəngi solmuş piyada keçidləri isə yenidən rənglənib. Bundan əlavə nəqliyyat axınının intensiv olduğu bir neçə küçələrdə yeni piyada solaqları da salınıb.

DYPB əməkdaşları tərəfindən təhsil müəssisələrində uşaqlarla yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədi ilə açıq dərslərin keçirilməsi də nəzərdə tutulub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png