ONN İnformasiya Agentliyi

Bu ailələrin uşaqları bağçaya ilk qəbul olunacaqlar – SİYAHI

Bu ailələrin uşaqları bağçaya ilk qəbul olunacaqlar – SİYAHI
20 Fevral 2020 - 12:55

Bakı şəhəri üzrə uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu zamanı bəzi ailələr imtiyaz qruplarına daxil ediləcəklər.

ONN media xəbər verir ki, yaxın günlərdə elektron qəbul sistemi işə düşdükdən sonra uşaqların bağçalara qəbulu zamanı bəzi ailələrin uşaqları, imtiyazları təsdiq olunduğu halda, bağçalara ilk növbədə qəbul olunacaqlar.

Bunların sırasına şəhidlərin, Qarabağ müharibəsi iştirakçıları və əlillərinin, tək işləyən valideynlərin, 1-ci və 2-ci qrup əlilliyi olan şəxslərin, hərbi xidmətdə olan şəxslərin, təhsil alan anaların uşaqları, çoxuşaqlı ailələrin uşaqları və qəyyumluqda olan uşaqlar daxildir.

Qeyd edək ki, elektron qəbul sayəsində bağçalara uşaqların qəbul prosesinin şəffaflığını və keyfiyyətini təkmilləşdirmək, həmçinin bütün uşaqların məktəbəqədər təhsil müəssisələrində təhsil almaq hüququnu təmin etmək nəzərdə tutulur.

Bağçalara elektron qəbul Azərbaycanda ilk dəfə həyata keçiriləcək. Bundan öncə isə 1-ci siniflərə qəbulun elektron qaydada həyata keçirilməsi başlanılıb.baku.vs

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png