Bu avtobus xətlərindən istifadə edənlərin NƏZƏRİNƏ

31 nömrəli marşrutun hərəkət sxemi üzrə son dayanacaq məntəqəsi müvəqqəti olaraq dəyişdirilib.

Bu barədə ONN media-ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, son dayanacaq məntəqəsi Səbail rayonu, Badamdar qəsəbəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldığından dəyişdirilib.

Təmir işləri yekunlaşdırıldıqdan sonra marşrutun əvvəlki sxem üzrə hərəkəti təmin ediləcək