Bu ayda İKİNCİ DALĞA GƏLİR? – TƏBİB-dən əhaliyə XƏBƏRDARLIQ

Mütəxəssislər payız aylarında daha diqqətli olmağımızı tövsiyə edirlər.

ONN media xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın bugünkü brifinqində deyib.O bildirib ki, payız aylarında koronavirusla mübarizə çətinləşə və ağırlaşmalar ola bilər:

“Buna görə biz daha diqqətli olmalıyıq. Əgər bu xəstəliyin qarşısını almasaq, öhdəsindən gələ bilmərik. Buna görə də gəlin sadə 3 qayda – tibbi maska, əl gigiyenasına və sosial məsafəyə əməl edək”.