Bu binanın sakinləri təhlükə ilə üz-üzə

Xətai rayonu Zığ yolu 27 ünvanında yerləşən binanın 94 yaşı var.

1928-ci ildə tikilən taxta bina hazırda tam yararsız vəziyyətdədir. Orada yaşayan sakinlər, hər an təhlükə ilə üz-üzədirlər.

Sakinlərin sözünə görə, binanın söküləcəyi aidiyyəti qurumlar tərəfindən deyilsə də, hələ bu barədə bir iş aparılmır.

Mövzu ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən qeyd edilib ki, rayonda qəzalı binaların sayı çoxdur və onlar barədə məlumatlar toplanılaraq müvafiq qurumlara bildirilib:

“Göstəriş gəldiyi halda bina ilə bağlı tədbir görüləcək”.