ONN İnformasiya Agentliyi

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

Bu küçədə hərəkət məhdudlaşdırılacaq
27 Sentyabr 2019 - 13:48

Aparılan təmir işləri ilə əlaqədar olaraq, sentyabr ayının 27-dən 28-nə keçən gecədən etibarən Nəsimi rayonu Asif Məhərrəmov küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən (3-cü mkrn.dairəsi) 20 Yanvar küçəsi ilə kəsişməsinədək olan istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.

ONN media xəbər verir ki, bu səbəbdən sözügedən küçənin 20 Yanvar küçəsi ilə kəsişməsindən Ceyhun Səlimov küçəsi ilə kəsişməsinədək olan hissəsində ikitərəfli hərəkət təmin olunacaq.

Sürücülərdən xahiş olunur ki, qeyd olunan ərazidə sıxlıq yaranmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png