ONN İnformasiya Agentliyi

Bu marşrut xəttində DƏYİŞİKLİK

Bu marşrut xəttində DƏYİŞİKLİK
16 İyul 2018 - 16:57

Bakıda marşrut xətlərindən biri uzadılıb.

ONN media Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə istinadən məlumat verir ki, bundan əvvəl 199 saylı marşrut xətti Şərq bazarının qarşısındakı dayanacaqdan Masazır dairəsi daxil olmaqla "Abşeron" gənclər şəhərciyinə qədər yol qət edirdi. Həmin ərazidə yaşayan sərnişinlərin və Bakı Mühəndislik Universitetində təhsil alan tələbələrin Dövlət Xidmətinə çoxsaylı müraciətləri də nəzərə alınmaqla marşrutun xətti universitetin önündəki dayanacağa qədər uzadılıb.

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən 199 saylı marşut xətti üzrə hərəkət edən avtobuslarda ödəniş nağdsız qaydada kart sistemi vasitəsilə həyata keçirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png