Bu prospektə sıxlıq yarandı

Bakının Nizami rayonu, Heydər Əliyev prospektində yol qəzası baş verib.

ONN media  Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir ki, avtoqəza metronun “Koroğlu” stansiyası istiqamətində qeydə alınıb. Bu səbəbdən də qeyd edilən ərazidə sıxlıq müşahidə olunub.