Bu prospektdə tıxac var

Bir qədər əvvəl Heydər Əliyev prospekti şəhər mərkəzi istiqamətində yol nəqliyyat hadisəsi qeydə alınıb.

ONN media xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mayıs Ağayev bildirib.

O qeyd edib ki, qəza səbəbindən nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.