ONN İnformasiya Agentliyi

Bu rayonlarda yaşayanların NƏZƏRİNƏ

Bu rayonlarda yaşayanların NƏZƏRİNƏ
20 Sentyabr 2022 - 14:14

Sabah Ağstafa rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə ONN media-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Tbilisi” yüksək təzyiqli magistral qaz kəmərinin Ağstafa rayonu ərazisində olan hissəsində yaranmış qaz sızmasının ləğvi ilə əlaqədar sabah saat 10:00-dan etibarən işlər başa çatanadək “Ağstafa” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Ağstafa rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png