ONN media

Bu yolda kommunikasiya xətləri yenilənəcək

Bu yolda kommunikasiya xətləri yenilənəcək
05 Noyabr 2019 - 17:23

Noyabrın 10-dan etibarən Səbail rayonu ərazisindəki Abbasqulu Abbaszadə küçəsində aparılan yenidənqurma işləri çərçivəsində kommunikasiya xətlərinin yenilənməsi işlərinə başlanılacaq.

Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən ONN media -ya bildirilib ki, kommunikasiya xətlərinin yenilənməsi aidiyyəti qurumlar tərəfindən həmin küçənin Badamdar şossesi ilə kəsişməsindən Bakı Oxford Məktəbinə qədər olan hissəsində aparılacaq.

Kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumların verdiyi məlumata görə, işlərin qısa müddətə yekunlaşdırılması nəzərdə tutulur. İşlərin aparıldığı müddətdə Abbasqulu Abbaszadə küçəsində sıxlıq və tıxac yaranmasının qarşısını almaq üçün sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png