ONN İnformasiya Agentliyi

Buna görə 10 min cərimələnə bilərsiniz- DİQQƏT

Buna görə 10 min cərimələnə bilərsiniz- DİQQƏT
24 İyul 2018 - 10:59

Qəbələ rayonu Aydınqışlaq kəndi ərazisində köküstə yaş 40-92 sm diametrliyində 8 qovaq ağacının kəsilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən ONN media-ya verilən məlumata görə, bununla təbiətə 9400 manat məbləğində ziyan dəydiyi məlum olub.

Araşdırma zamanı ağacların Qəbələ şəhər sakini Valeh Tahirov tərəfindən kəsildiyi müəyyən olunub. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib edilib.

Ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png