Çermet körpüsündəki bu problem niyə həllini tapmır?

Z.Bünyadov prospektindən gələrkən, 7 və 8-ci mikrorayonlara dönmək üçün Çermet körpüsünə (20 Yanvar istiqaməti) qalxmaq tələb olunur. Bir neçə zolaqlı yolun 3 zolaqlı körpüyə birləşməsi isə “butulka effekti” yaradır və sıxlığa səbəb olur. Ancaq körpünün yanında alternativ, köməkçi yol mövcuddur. Bu yolun mikrorayonlara gedən istiqamətdə açılması körpünün yükünü azalda bilər.

Məsələ ilə bağlı ONN media-ya açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib ki, bu mövzu BNA tərəfindən bir neçə dəfə müzakirə olunub:

“Məsələ burasındadır ki, körpünün altında aktiv istifadə olunan dəmir yolu xətləri mövcuddur. Buna görə də köməkçi yol kimi körpünün yanından 7 və 8-ci mikrorayonlar istiqamətində yolun açılması, təəssüf ki, mümkün deyil”.