“Dəmir Bank” ASC-yə ləğvedici təyin olundu

ONN media Əmanətlərin Sığortalanması Fondundan verilən məlumata əsasən bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin 2017-ci il 27 dekabr tarixli 2-1 (103)-3194/17 saylı qərarı ilə “Dəmir Bank” ASC müflis elan edilib və iflas proseduruna başlanılıb.

Əmanətlərin Sığortalanması Fondu “Dəmir Bank” ASC-nin ləğvedicisi təyin edilib.