Dekabr ayı üzrə pensiya və bütün növ müavinətlərin maliyyələşdirilməsi başa çatdırılıb

ONN media bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu dekabr ayı üzrə ölkəmizin şəhər və rayonları üzrə pensiyaların və bütün növ müavinətlərin maliyyələşdirilməsi ni başa çatdırıb.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına qədər vətəndaşların dekabr ayı üzrə pensiya və müavinətlərinin ödənişi digər aylardakı kimi vaxtında təmin edilib.

Qarşıdan gələn 2018-ci ildə də həmin sosial ödənişlərin aybaay vaxtlı-vaxtında maliyyələşdirilməsi həyata keçiriləcəkdir.