ONN İnformasiya Agentliyi

DGK-nin bu idarələri bayram günü işləyəcək

DGK-nin bu idarələri bayram günü işləyəcək
17 Avqust 2018 - 21:08

Dövlət Gömrük Komitəsi (DGK) Qurban bayramı ilə əlaqədar iş adamlarına müraciət edib.

ONN media komitənin saytına istinadən xəbər verir ki, DGK xarici iqtisadi fəaliyyət iştirakçılarının nəzərinə çatdırır ki, Qurban bayramı ilə əlaqədar olaraq, Nazirlər Kabinetinin qərarına əsasən, ölkə ərazisində avqustun 22-si və 23-ü qeyri-iş günləridir.

Lakin buna baxmayaraq, avqustun 23-də Bakı Baş Gömrük İdarəsi, Sumqayıt Baş Gömrük İdarəsi, Avtonəqliyyat Baş Gömrük İdarəsi, Aksiz Baş Gömrük İdarəsi və Enerji Gömrük İdarəsi tam iş günündə fəaliyyət göstərəcək, idxal-ixrac əməliyyatları ilə məşğul olan iş adamlarının müraciətləri əsasında mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi həyata keçiriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png