DİQQƏT! Axşam bu yollarda…

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün saat 22:00-dan səhər saatlarınadək Əsəd Əhmədov və Xiyabani küçələrində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Bu barədə ONN media -ya “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib.
Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.