DİQQƏT – Bu yollardan keçməyin!

Binəqədi şosesində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

ONN media -ya “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə bu axşam 22:00-dan səhər saatlarına kimi Binəqədi şosesində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.