ONN İnformasiya Agentliyi

DİQQƏT: Əhaliyə saxta məktublar göndərilir

DİQQƏT: Əhaliyə saxta məktublar göndərilir
26 Oktyabr 2020 - 15:33

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistan tərəfinin kibermühitdə növbəti uğursuz təxribatını qeydə alıb.

Bu barədə ONN media -ya  daxil olan məlumatda bildirilib.

Məlumatda deyilir ki, vətəndaşlara elektron poçt üzərindən göndərilən saxta məktublarda guya 1 noyabr 2020-ci il tarixindən etibarən Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) fəaliyyətinin dayandırılacağı və qurumun vəsaitlərinin dövlətin hərbi ehtiyaclarına, düşmənin tam məğlubiyyətinə yönləndiriləcəyi qeyd olunur.

“Bu məlumatlar həqiqəti əks etdirmir və təxribat xarakteri daşıyır. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər, bu kimi hallarla üzləşdikdə, 1654 qaynar xətti, www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər” – deyə nazirlik bəyan edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png