ONN İnformasiya Agentliyi

DİQQƏT: Bu gündən bütün icazələr ləğv edildi

DİQQƏT: Bu gündən bütün icazələr ləğv edildi
05 İyul 2020 - 13:15

Bu gündən bütün icazələr silinəcək.

ONN media  xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 3-də keçirilən brifinqində Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

O qeyd edib ki, hər bir təşkilat işə çıxmalı olan əməkdaşları üçün yenidən icazə almalıdır.

Buna səbəb bəzi təşkilatların icazə portalından sui-istifadə etməsi səbəb olub.

Buna görə də bəzi icazələr silinib və təşkilatlara bununla bağlı məlumatlar göndərilib.

Qeyd edək ki, Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək xüsusi karantin rejimi tətbiq edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png