ONN İnformasiya Agentliyi

DİQQƏT- Güzəştli mənzillərlə bağlı xəbər var

DİQQƏT- Güzəştli mənzillərlə bağlı xəbər var
17 Fevral 2020 - 13:27

Prezident İlham Əliyevin fevralın 13-də imzaladığı fərmanla “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli və “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında” 2018-ci il 7 fevral tarixli 1819 nömrəli fərmanlarında dəyişiklik edilib.

Bu dəyişiklik güzəştli mənzillərin əvəzləşdirilməsi ilə bağlıdır. Dəyişikliyin əsas məqsədi mənzillərin əvəzləşdirilməsinə yol verilən halları aradan qaldırmaqla elektron kabineti olan digər şəxslərin güzəştli mənzil əldə etmək imkanlarını daha da genişləndirməkdir. Qeyd edək ki, dəyişiklik edilən sənədlərdə güzəştli evlərin gələcəkdə əvəzləşdirilməsi imkanı nəzərdə tutulurdu. Yəni güzəştli evi alan şəxs, sonradan, məsələn ailə üzvlərinin sayıınn artması və ya başqa hansısa səbəbdən mənzili daha böyük mənzillə əvəz etmək üçün müraciət edə bilərdi. Doğrudur, bunun üçün heç bir mexanizm yox idi, amma ilkin olaraq belə bir hüquq tanınmışdı.

İndi isə dövlət başçısının fərmanı ilə sözügedən sənədlərə dəyişiklik bu əvəzləşdirməni istisna edir. Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) məlumatına görə, dəyişiklik güzəştil ev almaq istəyən vətəndaşların imkanlarını daha da genişləndirəcək. Məsələ bundadır ki, sözügedən hüququn olması bir şəxsin güzəştli mənzili gələcəkdə dəyişməsinə, yəni sadə desək, bu hüquqdan bir neçə dəfə istifadəsinə imkan verə bilərdi. Bu da digər şəxslərin hüquqlarını məhdudlaşdıra bilərdi.

Mənzilləri güzəştlə əldə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər. Hazırda “Güzəştli mənzil” sistemində elektron kabinet verilmiş şəxslərin sayı 14 mindən çoxdur.

Qeyd edək ki, Agentliyin ilk layihəsi Yasamal Yaşayış Kompleksində mənzillərin satışı başa çatdırılmış və bugünədək 1600-dən çox ailə güzəştli mənzilə sahib olmuşdur.

Yaxın vaxtlarda Agentliyin növbəti layihəsi olan Hövsan Yaşayış Kompleksində mənzillərin satışı ilə bağlı elan veriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png