ONN İnformasiya Agentliyi

DİQQƏT – Nazirlik avtomobilləri saxlayıb, bunu yoxlayır

DİQQƏT – Nazirlik avtomobilləri saxlayıb, bunu yoxlayır
21 Avqust 2019 - 14:27

Atmosfer havasını çirkləndirən sürücülərə iki dövlət qurumu tərəfindən xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ONN media -ya verilən məlumata görə, nazirliyin Regional Ekologiya İdarələri Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə ölkə ərazisində “Təmiz hava aylığı” ilə bağlı aksiyaları davam etdirir. Avqustun 1-dən başlayan tədbirlər çərçivəsində avtomobillərin ixrac etdiyi zərərli qazların miqdarı yoxlanılır və maarifləndirici tövsiyələr verilir. Yoxlamalar bu ayın sonuna qədər davam edəcək.

“Təmiz hava aylığı” ilə bağlı keçirilən reydlər zamanı avtomobillər iki nazirliyin əməkdaşları tərəfindən polis postlarında saxlanılır və zərərli qazların miqdarı yoxlanılır. Havaya normadan artıq tullantı atan avtomobillərin sürücülərinə maarifləndirici məlumatlar verilir.

ETSN sürücülərə tövsiyə edir ki, həm sağlamlıq, həm də ətraf mühitin qorunması üçün avtomobillərini saz vəziyyətdə saxlasınlar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png