DİQQƏT: Sabah su olmayacaq

Su kəmərində baş vermiş qəza ilə əlaqədar Xırdalan şəhərinin bir hissəsinə (kənd Xırdalan adlanan hissə və ona yaxın ərazilər) içməli suyun verilişində fasilə yaranıb.

ONN media  xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib.

Onun sözlərinə görə, 3 dekabr 2020-ci il tarixində günorta saatlarına qədər həmin əraziyə suyun verilişi dayandırılacaq.