Dövlət qurumlarının işçiləri ilə bağlı QƏRAR VERİLDİ

Mayın 31-i saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilib.

ONN media  Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması ləğv olunur.