ONN İnformasiya Agentliyi

Dünyaca məşhur robot Sophia bu tarixlərdə Bakıda olacaq

Dünyaca məşhur robot Sophia bu tarixlərdə Bakıda olacaq
25 İyul 2018 - 23:44

27-28 oktyabr tarixlərində Keepface DMCC və FA International Trade Events şirkətinin əməkdaşlığı ilə Bakıda təşkil olunacaq "Global Influencer Day" tədbirində dünyaca məşhur Robot Sophia çıxış edəcəkdir.

ONN media xəbər verir ki, süni intellekt (AI) əsasında Hanson Robotics şirkəti tərəfindən yaradılan Sophia danışıq tərzi, zarafatları və düşündürən cavabları ilə insana olduqca bənzər şəkildə yaradılmışdır. Sophianın insanlarla göz təması qura bilməsi və insanları tanıya bilməsi üçün kameraları və özəl yazılım sistemi var. O həmçinin Səudi Ərəbistan vətəndaşı elan edilmişdir.

Hanson Robotics tərəfindən hazırlanmış Sophianın oyanış videosunu aşağıdakı linkdən izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=LguXfHKsa0c

Tədbirdə həmçinin Google, Microsoft, Forbes və İnstagram kimi dünyaca məşhur şirkətlərin top "influencer" menecerləri çıxış edəcəkdir.

Növbəti ay ərzində tədbirə əsas spiker olaraq qatılacaq tanınmış simaların adları açıqlanacaqdır. Təşkilatçı şirkət olan FA International Trade Events-dən əldə edilən məlumata əsasən, tədbirə biletlərin satışı yaxın iki həftə ərzində təqdim olunacaqdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png