Dünyanın ən hündür bayraq dirəyi Azərbaycana gətirildi

Türkiyənin “Çimtaş” şirkəti tərəfindən hazırlanan dünyanın ən hündür bayraq dirəyi artıq Azərbaycana gətirilib.

ONN media xəbər verir ki, Bakıda dirək platformasının ümumi hündürlüyü 191 metr olan dünyanın ən hündür bayraq dirəyinin quraşdırılması prosesi aparılır.

Dirəyin əsasından yuxarıya qədər diametri 5,7 m-dən 2 m-ə qədər, çəkisi 230 ton ilə 13 ton arasında olan doqquz polad konusvari boru seqmentindən və yuxarıda yerləşdiriləcək, fırlanan seqmentdən ibarət olacağı gözlənilir