ONN İnformasiya Agentliyi

Elektrik enerjisi limiti artırıla bilər – Nazir açıqladı

Elektrik enerjisi limiti artırıla bilər – Nazir açıqladı
30 Mart 2020 - 23:10

“Əhalinin elektrik enerjisinin kommunal limitinin artırılması proqramı da təkliflər arasındadır”.

ONN media bildirir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov AZTV-nin “Hədəf” proqramında dilə gətirib.

Onun sözlərinə görə, bunun da məntiqi sadədir:

“Biz bilirik ki, karantinin şərtlərindən, tələblərindən biri ondan ibarətdir ki, insanlar daha çox vaxtlarını evlərində keçirsinlər. Bu da, təbii olaraq, elektrik enerjisinin istehlakının artmasına gətirib çıxarır.

Xüsusən limitdən istifadə edən əhalinin həssas qrupları üçün bu nəzərə alınır.

Bu iş, əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png