ONN İnformasiya Agentliyi

ETSN əhalini sellofan torbalardan imtina etməyə çağırıb

ETSN əhalini sellofan torbalardan imtina etməyə çağırıb
20 Noyabr 2020 - 15:55

Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhalini sellofan torbalardan və birdəfəlik plastik qablardan imtina etməyə çağırıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ONN media -ya bildirib ki, məişət həyatımıza daha sağlam yanaşma sellofan adlandırdığımız qablaşdırıcı vasitələrdən və birdəfəlik plastik qablardan imtinadan keçir: “Sellofan və plastiklərin həyatımıza, təbiətimizə nə qədər zərərli olması barədə artıq bir neçə ildir ki, təbliğat aparılır və ona görə də bunun fəsadları hamımıza bəllidir.Tullantı yerlərində, çay və göl kənarlarında, təbiətdə sellofanların havada uçmasından, xoşagəlməz mənzərə yaratmasından hamımız şikayətlənirik, amma bunların bizim evimizdən, gündəlik məişətimizdən gəldiyinin bəzən fərqinə varmırıq. Yəqin ona görə ki, məişət tələbatımızı ödəmək üçün üz tutduğumuz mağazaların hamısı bizə alacaqlarımızı plastik və sellofanlarda təklif edir, pulsuzdur deyə, biz də bu ziyanlığı evimizə, oradan da təbiətə daşıyırıq”.

İ. İbrahimova qeyd edib ki, vətəndaşlar sağlamlıqlarını və təbiəti qorumaq naminə birdəfəlik plastiklərdən, el arasında “pinqvin” adlandırılan sellofan torbalardan imtina etməyə başlamalıdırlar: “Bu prosesi qadınlar başlasa, təsir gücü daha artıq olar. Cəmiyyəti  bu yöndə arxamızca aparacığımıza əminəm. Mağazalardan evə sellofan və plastik gətirməsək, bu vərdişi tərgitsək, daha düzgün olar”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png