Füzulidən olan Aprel şəhidlərinin övladları himayəyə götürüldü

“Aprel şəhidlərinin övladlarının himayəyə götürülməsi ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına müraciətimiz müsbət cavablandırılıb”.

ONN media   xəbər verir ki, bu barədə Füzuli rayonundan millət vəkili, tanınmış iqtisadçı Vüqar Bayramov məlumat verib. O bildirib ki, 2016-cı il Aprel döyüşlərində şəhid olan, Füzuli rayonundan məcburi köçkün ailələrinin övladları 18 yaşına çatanadək Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən himayə olunacaqlar. Füzuli rayonundan olan Aprel şəhidlərinin övladlarının hər birinə aylıq maliyyə yardımı ediləcək:

“Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına müraciətimizi müsbət cavablandırdığına, Şəhidlərimizin ailələrinə göstərdiyi yüksək diqqət və qayğıya görə təşəkkürümü bildirirəm”.