ONN İnformasiya Agentliyi

Gələn il bir ailəyə düşən ünvanlı sosial yardım artırılacaq

Gələn il bir ailəyə düşən ünvanlı sosial yardım artırılacaq
01 Dekabr 2017 - 19:56

“Dövlət büdcəsi sosialyönümlüdür. Cənab prezidentin tapşırığı ilə ehtiyac meyarının həddi 116 manatdan 130 manata qaldırıldı. Bu da Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin bir ailəyə düşən orta aylıq məbləğinin 14 manat artmasına gətirib çıxaracaq. Bu da gələn il bir ailəyə düşən məbləğin 175 manata çatmasına səbəb olacaq”. 

ONN media Report-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazirin sözlərinə görə, bu bir daha dövlət başçısının diqqətinin sosial problemlərin həllinə yönəldiyini göstərir: “Büdcə müzakirəsindən sonra edilən dəyişiklik sosial xarakter daşıyır. Növbəti ildə əhalinin aztəminatlı təbəqəsinin sosial ödənişləri, müxtəlif sosial müavinətlərlə və ünvanlı sosial yardımla təmin olunması diqqət mərkəzində olacaq. Artırılan məbləğin onlara çatdırılmasına problem olmayacaq”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png