ONN İnformasiya Agentliyi

Gələn il üçün yaşayış minimumunun məbləği təsdiqləndi

Gələn il üçün yaşayış minimumunun məbləği təsdiqləndi
26 Dekabr 2017 - 16:26

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında" qanunu təsdiq edib.

Qanuna əsasən, 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilir.

Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, 2017-ci ildə yaşayış minimumu 155 manat təşkil edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png